Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirilib
ABŞ-da fəaliyyət göstərən Azərbaycan təşkilatlarından biri olan AZAD (Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda) dekabrın 21-də Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirib
Tədbirdə tarixçi-alim Cəmil Həsənli və siyasi şərhçi Hikmət Hacızadə məruzə edib. Tədbir Azərbaycanda insan hüquqlarının vəziyyətini və cəmiyyətdə gənclər və ziyalıların fəallığı məsələlərini Amerikada yaşayan soydaşlarla müzakirə etmək məqsədilə keçirilib Tədbirə Vaşinqtonda siyasi ekspertlər və ABŞ-da yaşayan azərbaycan icmasının üzvləri dəvət olunmuşalr. Məruzəçilər Azərbaycanda baş verəb siyasi ictimai prosesslərlə bağlı onlara yönəlmiş sualları cavablandırıblar. Amerikadakı azərbaycan icması ilə bağlı verilmiş sualı cavablandıran Hikmət Hacızadə, azərbaycanlılara ilk növbədə amerika cəmiyyətinə inteqrasiya etməyi tövsiyyə edib.
Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda AZAD təşkilatı Amerikada yaşayan hüquqşünas Elmar Şaxtaxtinski tərəfindən təsis edilmişdir. Təşkilat öz fəaliyyətini ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına dəstəyinin müdafiə edilməsi və fundamental hüquqlar və azadlıqlara hörmət edilməsi, habelə regional sabitlik və iqtisadi inkişafın təmin olunması prinsiplərinə əsaslanan ABŞ-Azərbaycan münasibətlərinə dəstək istiqamətində qurur.
VOA







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment