Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin üçüncü Qurultayı keçiriləcək
17 dekabrda Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üçüncü Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə Qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Qurultayda BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçilcəkdir.
Mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində azərbaycan icmasının təşkilatlanması işində addımlar atmışdır. BAK həmçinin Azərbaycanla bağlı məlumatların Avropada yayılması uğrunda da bir sıra kütləvi tədbirlər həyata keçirmiş və hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində işlər görməkdədir.
Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment