Navigate archive
first first February, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Newsletter
Email:
Home | Avropa | Ə Haqverdiyevin nəticəsi Praqada oyuncaq satır

Ə Haqverdiyevin nəticəsi Praqada oyuncaq satır

image

Bu barədə qəzetimizə məlumatı Almaniyada mühacirət həyatı yaşayan Həbib Müntəzir verib

Çexiyanın paytaxtı Praqada Azərbaycanlı Vətəndaşların Avropa Forumu (FACE) görüşlərində iştirak edən Müntəzir təsadüfən məşhur Azərbaycan dramaturqu, yazıçı Əbdürrəhim bəy Haqverdiyevin Praqada oyuncaq dükanı işlədən nəticəsilə görüşüb. "Dostlarla küçədə dayanıb, Amsterdamdan gələn digər iştirakçıları gözləyirdik ki, təxminən 23 yaşlı bir qaqaş yaxınlaşıb dedi ki, azərbaycanlısız? Dedim bəli. Dedi gəlin dükanıma baxın. Girdik, tanış olduq. Əllə oynatmalı oyuncaq kuklalar satırdı. Müxtəlif fiqurlar, siyasi ictimai xadimlərin kulaları da var idi. Putinin də kuklası var idi. Soruşduq ki, İlham Əliyevin kuklası var? Gülə-gülə dedi yox. Sonra dostlardan biri saqqallı bir kukla üçün zarafatca, bu Elçibəy deyil? deyə soruşdu. Sonra bizə Haqverdiyevin nəticəsi olduğunu söylədi."

 

Həbib Müntəzirin bildirdiyinə görə daha sonra ona baha qiymətə kukla da təklif edib. "Sonra mənə dedi gəl sənə aşağı qiymətə bir şey təşkil edim. Mən də dedim, əşi özümüzünküdür də, 10-15 avroluq bir şey alaram. Nə isə, bükdü verdi mənə, dedim nə qədər edir? Dedi 55 avro. Gözüm çıxdı kəlləmə. Dedim yox, istəmirəm. O qədər pul vermərəm. Bükdüyünü çıxartdı, ən balacasın qoydu (10 avroluq) mənə 15 avroya satdı. Çıxdım ordan və çox pis oldum."

 

Həbib Müntəzir qarşılaşdığı bu hadisəylə bağlı facebook profilində də qeyd edib: "Praqada 3 milyon əhalinin içindən Əbdürrəhim bəy Haqverdiyevin nəticəsi ancaq məni tapıb əvvəl 55 avroya, sonra isə 15 avro düşərək oyuncaq sırıya bilərdi. 2 il burda yaşamağına baxmayaraq hələ də düzəlməyən bazarkom qaqaşlara eşq olsun! Özü də dramaturqun nəticəsi. Əsl dram əsəri!"

 

Qeyd edək ki, 16-19 dekabr tarixlərində FACE üzvləri Praqada toplaşaraq Azərbaycanla bağlı müzakirələr edirlər. Bu gün iştirakçılar "Azərbaycanda ədalətli və azad cəmiyyətin qurulmasında gənclərin lideri ola biləcək namizədin kimliyi" mövzusunda fikir mübadiləsi ediblər.  

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1