Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Avropa | Gənc azərbaycanlı bəstəkarın Avropada silsilə konsertləri keçirilib

Gənc azərbaycanlı bəstəkarın Avropada silsilə konsertləri keçirilib

image Günay Mirzəyeva

2011-ci il Ştutqart konservatoriyasının məzunu, Azərbaycan Respublikasının Dövlət proqramının təqaüdçüsü, hazırda Italiyanın paytaxtı Roma şəhərində “Santa Cecilia” konservatoriyasında və eyni zamanda Almaniyanın Karlsruhe şəhərində bəstəkar Wolfgang Rihm-in sinfində Doktorantura pilləsində təhsil alan gənc bəstəkar Günay Mirzəyevanın silsilə konsertləri keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə Milanın məşhur “Teatro Dal Verme” zalında təşkil olunmuş konsertdə bəstəkarın skripka üçün yazılmış “Təsadüflər“ əsərinin premyerası olub. Əsəri Italiyan skripkaçısı Marco Fusi ifa edib. Həmin əsər noyabrın əvvəllərində Romada keçirilən “Germi Music Festival”ı çərçivəsində, “Teatro Nuovo Colosseo” zalında uğurla səslənmişdir. Noyabrın 21-də Günay Mirzəyevanın Italiyanın Lucca şəhərində “Festival Cluster” çərçivəsində gitara üçün yazdığı “Muğam impulsları 2“ əsəri məşhur finlandiyalı gitara ifaçısı Patrik Kleemola tərəfindən ifa olunub.

Mirzəyevanın digər əsəri klarnet və piano üçün bəstələdiyi “Inkongruenz“ Turin şəhərində “Rive Gauche” festivalı çərçivəsində səsləndirilib. Əsər “Pomus Ensemble dei Pomeriggi Musicali di Milano” tərəfindən ifa olunub.

Qeyd edək ki, Günay Mirzəyevanın əsərləri Azərbaycanın milli musiqi ənənələri əsasında yaradılıb.

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1