Navigate archive
first first February, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Newsletter
Email:
Home | Avropa | Azərbaycanlı pianoçu Kölndə azərbaycan və alman bəstəkarlarının əsərlərini ifa edib

Azərbaycanlı pianoçu Kölndə azərbaycan və alman bəstəkarlarının əsərlərini ifa edib

image Elnara İsmailova

2011-ci il dekabrın 2-də Köln şəhərində Haynrix Böll fondu tərəfindən ədəbiyyat sahəsində nailiyyətlər əldə etmiş şəxslərin mükafatlandırılması mərasimi təşkil olunub

Bu mərasim Haynrix Böll fondu tərəfinən hər iki ildən biri keçirilir.

Tədbiri Köln şəhərinin burqomistri xanım Anqela Şpiziq giriş sözü ilə açıb və mükafata layiq görülənləri salamlayaraq Haynrix Böll fondunun ədəbiyyat sahəsində mükafatlarını onlara  təqdim edib. Belə bir təntənəli tədbirin bədii hissəsində hər dəfə xüsusi olaraq musiqi qonağı təqdim edilir. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə bu ilki qonaq  soydaşımız, Köln - Essen Musiqi Akademiyalarının dosenti, pianoçu Elnara İsmailova olub.

Elnara İsmailova mükafata layiq görülənləri təbrik edib və musiqi töhfəsi olaraq azərbaycan bəstəkarı Qara Qarayev və alman bəstəkarı Boris Blaxerin əsərlərini dinləyicilər üçün ifa edib. Əsərləri ustalıqla ifa edən Elnara İsmailovanın çıxışı böyük müvəffəqiyyətlə keçib və Köln şəhərinin rəhbərliyi tərəfindən rəsmi təşəkkür ilə qeyd edilib.

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1