Azərbaycanlı pianoçu Kölndə azərbaycan və alman bəstəkarlarının əsərlərini ifa edib
2011-ci il dekabrın 2-də Köln şəhərində Haynrix Böll fondu tərəfindən ədəbiyyat sahəsində nailiyyətlər əldə etmiş şəxslərin mükafatlandırılması mərasimi təşkil olunub
Bu mərasim Haynrix Böll fondu tərəfinən hər iki ildən biri keçirilir.
Tədbiri Köln şəhərinin burqomistri xanım Anqela Şpiziq giriş sözü ilə açıb və mükafata layiq görülənləri salamlayaraq Haynrix Böll fondunun ədəbiyyat sahəsində mükafatlarını onlara təqdim edib. Belə bir təntənəli tədbirin bədii hissəsində hər dəfə xüsusi olaraq musiqi qonağı təqdim edilir. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə bu ilki qonaq soydaşımız, Köln - Essen Musiqi Akademiyalarının dosenti, pianoçu Elnara İsmailova olub.
Elnara İsmailova mükafata layiq görülənləri təbrik edib və musiqi töhfəsi olaraq azərbaycan bəstəkarı Qara Qarayev və alman bəstəkarı Boris Blaxerin əsərlərini dinləyicilər üçün ifa edib. Əsərləri ustalıqla ifa edən Elnara İsmailovanın çıxışı böyük müvəffəqiyyətlə keçib və Köln şəhərinin rəhbərliyi tərəfindən rəsmi təşəkkür ilə qeyd edilib.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment