Gənc soydaşımız Berlində uğur qazanıb
Almaniya paytaxtında məktəblilər arasında ilk dəfə “Berlində Lomonosov günləri” Beynəlxalq müsabiqəsi keçirilib
Böyük rus alimi M.N.Lomonosovun anadan olmasının 300 illiyi münasibətilə Berlindəki rusdilli valideyn və müəllimlərin “MİTRA” cəmiyyəti tərəfindən keçirilən təntənəli tədbirlər çərçivəsində təşkil edilmiş müsabiqənin final mərhələsində Almaniya, Rusiya, Azərbaycan, Latviya, Qazaxıstan və Qırğızıstan məktəbliləri iştirak ediblər.
Müsabiqənin qalibləri arasında azərbaycanlı məktəbli də olub. Bu, Berlindəki Lomonosov adına məktəbin komandasının üzvü, beşinci sinif şagirdi Murad Səttarovdur. Məktəb komandasının kapitanı olan Murad öz komandasının uğurlu çıxışına sanballı töhfə verib, nəticədə bilicilərin “Hər şeyi bilmək istəyirəm!” intellektual müsabiqəsində komanda üçüncü yeri tutub. “Almanlar M.Lomonosov haqqında nə bilirlər?” mövzusunda apardıqları sosioloji araşdırmanın nəticələrini münsiflər heyətinin mühakiməsinə təqdim edən Murad və onun sinif yoldaşları “Tədqiqat işi” nominasiyasında ikinci yeri tutublar.
Murad məktəblilər arasında müxtəlif beynəlxalq müsabiqə və olimpiadaların təcrübəli iştirakçısıdır. 2011-ci ilin baharında o, məktəblilərin Moskvada keçirilən Beynəlxalq “İntellekt” olimpiadasının finalında “Polad məntiq” nominasiyasında fəxri fərmanla təltif olunmuşdur.
Qeyd edək ki, gənc soydaşımız müsabiqə iştirakçılarına M.Lomonosovun üslubunda yazdığı təntənəli oda həsr etmişdir.
AzərTAc







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment