Navigate archive
first first February, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Newsletter
Email:
Home | Avropa | Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib

Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib

image

Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin qərarına əsasən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib

Bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən məlumat verilib. Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, № 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir.

Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məqsədlə müxtəlif görüşlərin, dəyirmi masaların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələr arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası bu ölkədə Azərbaycanla əlaqələrin genişləndirilməsi məqsədi ilə qurulmuş ilk və hələlik yeganə təşkilatdır.

Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının dövlət qeydiyyatına alınması barədə qərar rəsmi "Službeni glasnik BiH" qəzetində çap olunub.

APA

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1