Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Avropa | Parisdə Elmar Hüseynova heykəl qoyulması müzakirə olunub

Parisdə Elmar Hüseynova heykəl qoyulması müzakirə olunub

image

Parisdə yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli yanvarın 9-da “Sərhədsiz Reportyorlar” təşkilatının Parisdəki mərkəzi ofisində görüş keçirib

Elnur Məcidli yazıçı-publisist Rafiq Tağının qətli, Azərbaycanda müstəqil medianın problemləri yönündə müzakirələr aparıb. Görüşdə Paris küçələrindən birinə 2005-ci ildə qətlə yetirilmiş azərbaycanlı jurnalist Elmar Hüseynovun adının verilməsi üçün şəhər meriyasına müraciət olunması məsələsi də gündəmə gəlib.

Bu məsələni jurnalist Eynulla Fətullayevlə müzakirə etdiklərini deyən Elnur Məcidli azad medianın simvollarından olan Elmar Hüseynovun Parisdə heykəlinin qoyulması və adına küçə olmasının çox əhəmiyyətli bir layihə olduğunu bildirib. “Sərhədsiz reportyorlar”ın rəhbərliyi layihənin həyata keçməsinə dəstək veriləcəyini vurğulayıb.

Azərbaycanda yeni müstəqil nəşrlərin çap edilməsinə dəstək verilməsi də əsas müzakirə obyektlərindən biri olub.

1984-cü ildə Bakıda doğulan Elnur Məcidli Türkiyə və Fransada ali hüquq təhsili alıb. 2011-ci ilin mart və aprel aylarında sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə qarşı aksiyalara çağırışlar etdiyinə görə Azərbaycanda ona Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) iş qaldırılıb. Parisdə yaşadığından iyun ayında cinayət işinin icraatı dayandırılıb.

Elnur Məcidlinin iştirakı ilə “Facebook”da yaradılmış Böyük Xalq Hərəkatının əsas məqsədlərdən biri internet istifadəçisi olan narazı azərbaycanlıları bir araya gətirmək, hakimiyyətə ictimai nəzarəti gücləndirməkdir. Hərəkatının idarə heyəti Amerikada, Avropada və Azərbaycanda yaşayan fəal narazı gənclərdən təşkil olunub.

Mediaforum

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1