Mançester Universitetində "Azərbaycan günü" keçirilib
Bundan əvvəl də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən oxuduqları təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil edilmişdi
Dövlət Neft Şirkətindən aldığımız məlumata görə Bu silsilədən olan növbəti tədbir Böyük Britaniyanın Mançester Universitetində təşkil olunub. ARDNŞ və Təhsil Nazirliyi xətti ilə təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təqdimetmə mərasimində Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin nümayəndə heyəti, ARDNŞ-nin bu ölkədəki nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin rəis müavini Mahal Mehdiyev qonaq qismində iştirak ediblər. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin birinci katibi Vüsal Abdullayev iştirakçılara ölkəmiz haqqında qısa məlumat verib, onun tarixi, iqtisadiyyatı, dünya birliyində yeri və rolu barədə söz açıb. Sonra təqaüdçülər tərəfindən Azərbaycanla bağlı geniş təqdimat keçirilib. Təqdimatda Azərbaycanın tarixi, Qarabağ münaqişəsi, iqtisadiyyatı, milli musiqisi, mətbəxi və s. öz əksini tapıb. ARDNŞ-nin Böyük Britaniyadakı Nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tərəfindən keçirilmiş təqdimatda isə Azərbaycan neftinin tarixi, ölkədə həyata keçirilən neft-qaz siyasəti, Dövlət Neft Şirkətinin rolundan bəhs olunub, slaydlar nümayiş etdirilib. Şirkətdən verilən məlumata görə hər iki təqdimat dünyanın müxtəlif ölkələrindən Mançester Universitetində təhsil alan 80-ə yaxın tələbə, eləcə də nüfuzlu ali təhsil ocağının professor-müəllim heyəti tərəfindən böyük maraqla izlənilib.
Rəsmi hissə başa çatdıqdan sonra təqaüdçülər tərəfindən tədbirlə bağlı suallardan ibarət viktorina keçirilib, sualları düzgün və dolğun cavablandıran dinləyicilərə hədiyyələr verilib. Daha sonra qonaqlara Azərbaycanın milli mətbəxinə aid yemək və şirniyyatlar, həmçinin ARDNŞ-nin loqosu əks olunmuş hədiyyələr paylanılıb, təqaüdçülərin hazırladıqları muğam və milli rəqs nümunələri nümayiş etdirilib, hətta milli rəqs yarışması keçirilib. Sonda isə bütün azərbaycanlı tələbələr birlikdə “Sarı gəlin” xalq mahnısını ifa ediblər.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment