Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Britaniya | Şəhriyarın xatirəsi Azərbaycan Evində yad edilib

Şəhriyarın xatirəsi Azərbaycan Evində yad edilib

image

Londondakı Azərbaycan Evində tanınmış güney azərbaycanlı şair Məhəmməd Hüseyn Şəhriyarın xatirə gecəsi keçirilib

Tədbiri Azərbaycan Evi sədri Dr Əli Atalat açıb. O, qonaqları salamlayıb və ingiliscə şairin həyatı ilə bağlı məlumat verib. Sonra Azərbaycan Evinin əməkdaşı, opera ifaçısı Fərhad Əmiri Şəhriyarla bağlı bildiklərini bölüşərək sözü Dr Yaşar Xətibə verib. O, Şəhriyarın yaradıcılığından bəhs edib. Dr Xətib qeyd edib ki, Şəhriyar fəlsəfə şairi deyil və adi danışıq dilindən istifadə ədərək ölməz əsərlər yaradıb. Çıxışçı şairin şerlərlərindən parçalar da səsləndirib. 

 

Daha sonra gənc skripkaçı Nəzrin Rəşidova piano ifaçısı Ayan Salahovanın müşayiətilə Arif Məlikov və Qara Qarayevin əsərlərini ifa ediblər. Şəhriyara həsr edilmiş video nümayiş etdirilib. 

 

Daha sonra saz ifaçısı Babək Bəxtavər Şəhriyarın Heydər Babaya Salam poemasını ifa edib.

 

Çıxış üçün dəvət edilən Fəridə Pənahova qeyd edib ki, Şəhriyar kimi Azərbaycanın kənd həyatını təsvir edən ikinci bir şair tanımır. Fəridə xanım şairin gözəl əsərlər yaratmasının səbəbi kimi onun daxili azadlığını qeyd edib. O, Şəhriyarın Sovet Azərbaycanına səfər etmək arzusunun həyata keçmədiyini deyərkən duyğulanıb: "Tikanlı məftillər buna əngəl oldu". 

 

Digər çıxışçılar da Məhəmməd Hüseyn Şəhriyar şerlərini səsləndiriblər və sonda Fərhad Əmirinin Şəhriyara həsr etdiyi mahnıya çəkilmiş yeni videonun təqdimatı olub. Video Londonda AzMedia tərəfindən hazırlanıb. Musiqinin aranjimanı isə azərbaycanlı bəstəkar Firudin Allahverdiyə məxsusdur

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1