Londonda Xəzər Məlumat Mərkəzinin görüşü keçirilib
Dekabrın 7-də Xəzər Məlumat Mərkəzinin (Caspian İnformation Centre - CİC) Azərbaycan Təhsil proqramı mövzusunda tədbiri keçirilib
London Canning House-da keçirilmiş tədbirdə Parlamentin üzvləri, diplomatlar, tink-tank nümayəndələri, iş adamları və azərbaycan icmasının üzvləri də daxil olmaqla 80 –dən çox qonaq iştirak edib.
Tədbiri təşkil edən Lord Lamont of Lerwick çıxış edərək CİC təşəbbüsünü alqışladığını bildirib və Bakıya son gedişi zamanı müşahidə etdiyi ciddi dəyişikliklərdən bəhs edib.
Daha sonra isə digər iştirakçılar, Britaniyanın keçmiş ticarət naziri və hazırda “Anglo-Azerbaijan” Cəmiyyətinə rəhbərlik edən Lord Fraser, Parlamentdə Azərbaycan qrupunun rəhbəri MP Mark Field və London Universiteti Şərq və Afrikaşünaslıq Məktəbində mühazirəsçi, Xəzər region üzrə mütəxəssis Dr Şirin Akiner çıxış ediblər.
CİC –nin direktoru Gerald Frost çıxış edərək bildirib ki, Azərbaycanın qaz yataqlarının neft ehtiyatından daha səmərəli olacağına inanır.
Cənab Frost əlavə edib ki, enerji ehtiyyatlarının zənginliyi və bacarıqlı iqtisadi idarəetməhesabıba Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilə bilər.
O qeyd edib ki, Azərbaycanda böyük yatırımları olan Britaniya bu ölkənin inkişafında və sabitliyinə maraqlıdı.
Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak edib.







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment