Marneulidə “Gürcü dili Evi” açılıb
Gürcüstanın Marneuli şəhərində “Gürcü dili Evi”nin açılışı olub
“Gürcü dili Evi”nin açılışında Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakimiyyəti başçısı Zaza Dekonoidze, rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov, azərbaycanlı və gürcü müəllimlər, ziyalılar, məktəb şagirdləri iştirak ediblər. D. Şaşkin çıxışında bildirib ki, Gürcüstan prezidentinin təşəbbüsü ilə azərbaycanlılar yaşayan Bolnisi və Dmanisidə də bu cür yerlər açılacaq və burada hər bir şəxs yaşından asılı olmayaraq gürcü dilini öyrənə biləcək.
D. Şaşkin məktəblilərin yüksək keyfiyyətli təhsil almasının böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bizim üçün çox vacibdir ki, Gürcüstanda təhsil alan məktəblilər yüksək keyfiyyətli təhsil alsınlar. Bizim vətəndaşlarımız olan azərbaycanlıların gürcü dilində və Azərbaycan dilində təhsil almağa imkanları var. Biz istəyirik ki, Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlılar gürcü dilini mükəmməl öyrənsinlər və gələcəkdə dövlət strukturlarında çalışsınlar. Gürcüstanda təxminən 2 min 200 məktəb fəaliyyət göstərir. Bir anda məktəblərin problemlərini həll etmək çətindir. Lakin biz problemləri mərhələ-mərhələ həll edirik. Bütün məktəblərin əsaslı təmir edilməsi barədə plan hazırlanıb və 2015-ci ilə kimi bütün məktəblər təmir olunacaq”.
APA







del.icio.us
Digg
Comments (0 posted):
Post your comment