Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Rusiya | Rusiyada azərbaycanlılarla yerli sakinlər arasında kütləvi dava olub

Rusiyada azərbaycanlılarla yerli sakinlər arasında kütləvi dava olub

image

Rusiyanın Sverdlovsk vilayətinin Talitsk rayonunda azərbaycanlılarla yerli sakinlər arasında kütləvi dava baş verib

Dava zamanı odlu silahdan istifadə edilib, hər iki tərəfdən xəsarət alanlar olub. Polis insidentin milli zəmində baş verdiyini inkar etsə də, azərbaycanlılar bunun əksini bildirirlər.

Hadisə yanvarın 2-nə keçən gecə olsa da, bu barədə məlumat gec yayılıb. İnsident yerli “Rublyovka” kafesində baş verib. Sərxoş müştərilərlə kafenin sahibi, azərbaycanlı Seyfulla Həbibov arasında başlayan mübahisə davaya çevrilib. Sərnişinlər daha sonra silaha əl atıb atəş açmağa başlayıblar.

“Onlar məni və oğlumu döyüb, azərbaycanlılara Rusiyada yer olmadığını qışqırırdılar. Biz canımızı qurtarmaq üçün pəncərədən tullanaraq meşəyə doğru qaçdıq”, - deyə S. Həbibov bildirib.

S. Həbibov onu da əlavə edib ki, xəstəxanaya müraciət etdikdə, onlara tibbi yardım göstərilməsindən də imtina olunub.

Lakin polisin rəsmi versiyası S. Həbibovun sözlərindən bir qədər fərqlənir. Rəsmi açıqlamaya görə, tərəflər kafedə stol üstündə mübahisə ediblər. O da bildirilir ki, davada yerli sakinlər arasında da xəsarət alanlar olub.

APA

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1