Navigate archive
first first May, 2012 first first
Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Newsletter
Email:
Home | Rusiya | Krasnoyarskda 16 yaşlı azərbaycanlı oğlan sinif yoldaşı olan qızı boğaraq öldürüb

Krasnoyarskda 16 yaşlı azərbaycanlı oğlan sinif yoldaşı olan qızı boğaraq öldürüb

image Alena Qonçarova

Hadisə milli iğtişaşlara səbəb olub, ruslar azərbaycanlıların qətl törədilən kənddən qovulmasını tələb edirlər

Azərbaycan icmasının nümayəndələri qətli törədən şəxsin layiqli cəza alacağına söz veriblər. Krasnoyarsk vilayətinin Ujur rayonu Kiçik İmış kəndində 16 yaşlı Alena Qonçarovanın sinif yoldaşı Sabir Məmmədov tərəfindən amansızcasına öldürülməsi geniş əks-səda doğurub. Nəticədə yerli əhali xalq məclisi yaradaraq burada yaşayan azərbaycanlıların kənddən çıxarılmasını tələb ediblər.

Polis orqanları tərəfindən aparılan təhqiqata görə, hadisə 2011-ci ilin dekabrın 29-da baş verib. Axşam diskotekadan çıxan qız qonşuluqda yaşayan azərbaycanlı Sabir Məmmədov tərəfindən aldadılaraq evə aparılıb. S. Məmmədov onu boğaraq bir neçə gün evin mətbəxində saxlayıb. Qızın cəsədi yanvarın 4-də tərk edilmiş evin xarabalıqlarında tapılıb. S. Məmmədov bildirib ki, cinayəti törətməsinə səbəb mərhuma olan sonsuz məhəbbəti olub. Hal-hazırda cinayət hadisəsinin araşdırılması davam edir.

Kənddə yaşayan azərbaycan icmasının nümayəndələri mərhumun yaxınlarına başsağlığı verərək, Sabir Məmmədovu törətdiyi cinayətdə təqsirli saydıqlarını və onun layiqli cəza alacağını bildiriblər.

APA

Add to: Add to your del.icio.us del.icio.us | Digg this story Digg         FacebookFacebook

Comments (0 posted):

Post your comment comment
Please enter the code you see in the image:
  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by TheAzMedia.com v4.1.5.1